Vladimer Zelenskinin inauqurasiyası mayın 20-də keçiriləcək
Vladimer Zelenskinin inauqurasiyası mayın 20-də keçiriləcək

Ukraynanın yeni seçilən prezidenti Vladimer Zelenskinin inauqurasiyası mayın 20-də keçiirləcək.

Parlamentin qərarı ilə, inauqurasiya mərasimi qanunverici orqanın iclas zalında səhər saat 10:00-da başlayacaq.

Ukrayna medyasının məlumatına görə, mayın 10-da Zelenski Ukrayna Radasına, inauqurasiyanın mayın 19-da keçirilməsi xahişi ilə müraciət etdi, ancaq qanunverici orqan bu təşəbbüsü dəstəkləmədi.

Cari ilin mayın 19-da siyasi repressiyaların qurbanlarının anım günü keçirilir və inauqurasiya günü ona görə təyin olundu.