Vladimer Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibini vəzifəsindən azad etdi
Vladimer Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibini vəzifəsindən azad etdi

Ukrayna prezidenti, Vladimer Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibini, Aleksandr Danilyuku vəzifəsindən azad etdi. Müvafiq sərəncam Ukrayna prezidentinin rəsmi vebsəhifəsində yerləşdirildi.

Danilyuk, vəzifəsini tərk etməsi barəsində ərizəni sentyabrın 27-də yazdı. Ukrayna mediası yazır ki, buna səbəb prezidentin ofisinin rəhbəri ilə narazılığı oldu.

Aleksandr Danilyuk 2016-2018-ci illərdə Vladimer Qroysmanın hökumətində maliyyə naziri vəzifəsini tuturdu.

Prezident seçkisi zamanı o, Zelenskinin məsləhətçisi idi.