Vladimer Putin Rusiyadan Gürcüstana uçuşları qadağan edir
Vladimer Putin Rusiyadan Gürcüstana uçuşları qadağan edir

Rusiya prezidenti Vladimer Putin yeni əmr verdi, hansına əsasən, rus aviaşirkətləri üçün 2019-cu ilin iyulun 8-dən Rusiyadan Gürcüstan ərazisinə uçuş etmək qadağan edilir.

Bu barədə bəyanat Kremlin rəsmi veb-səhifəsində yayıldı.

Putin iqtidara tapşırıq verdi ki, Gürcüstanda müvəqqəti olaraq, qalan Rusiya vətəndaşlarını dərhal Rusiyaya qaytarsın.

Bununla yanaşı, Putin turoperatorlara da tapşırdı ki, müvəqqəti olaraq, qadağan dövründə, Rusiyadan Gürcüstana yolçuluq sənədi verilməsin.

Putin həmçinin, Rusiya Xarici İşlər Nazirliyinə tapşırdı ki, Gürcüstanda olan Rusiya vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılması üçün Gürcüstan iqtidarı ilə koordinasiyalı əməkdaşlıq edilsin.