Vladimer Konstantinidi - İtaliya tərəfi təsdiq etdi ki, turist avtobusunda olan Gürcüstan vətəndaşının heç biri xəsarət almayıb
Vladimer Konstantinidi - İtaliya tərəfi təsdiq etdi ki, turist avtobusunda olan Gürcüstan vətəndaşının heç biri xəsarət almayıb

İtaliya tərəfi təsdiq etdi ki, turist avtobusunda olan Gürcüstan vətəndaşının heç biri xəsarət almayıb, – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin nümayəndəsi, Vladimer Konstantinidi bəyan etdi.

Elə onun dediyinə görə, Gürcüstan vətəndaşlarının ikisi xəstəxanaya yalnız stressin aradan qaldırılması üçün yerləşdirilibdir.

İkin məlumata görə, İtaliyada qəza zamanı avtobusda 60 sərnişin var idi.

Rusiya və Ermənistanın İtaliyadakı Səfirlikləri artıq rəsmi olaraq təsdiq etdilər ki, xəsarət alanlar arasında onların vətəndaşları var.

İtaliya mediası yazır ki, avtobus Sienadan Florensiyaya gedirdi.