Vladimer Konstantinidi - David Qarecidə 14 razılaşdırılmamış hissədə ölçmə işləri bir daha keçiriləcək
Vladimer Konstantinidi - David Qarecidə 14 razılaşdırılmamış hissədə ölçmə işləri bir daha keçiriləcək

David Qareci məsələsi üzrə demarkasiya-delimitasiya komissiyasının ikinci iclası Tbilisidə, yerində işlərin aparılmasından sonra keçiriləcək, – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin nümayəndəsi, Vladimer Konstantinidi bəyan etdi.

Konstantinidinin qeyd etdiyinə görə, keçən həftə David Qareci məsələsi üzrə ekspertlərin növbəti görüşü keçirildi.

“Bildiyiniz kimi, orada 14 razılaşdırılmamış hissə var. Ekspertlər yerləri gözdən keçirdilər və razılaşdılar ki, yaxın gələcəkdə daha bir görüş keçirləcək. Onlar birgə gedib 14 razılaşdırılmamış hissədə ölçmə işlərini bir daha keçirəcəklər. Ekspertlərin işlərinin ikinci mərhələsinin başa çatmasından sonra, Tbilisidə komissiyanın ikinci iclası keçiriləcək”, – Vladimer Konstantinidi bəyan etdi.

Şərh yaz