Vladimer Konstantinid - avqust müharibəsinin 11-ci ildönümündə Putinin Xacimba ilə görüşü növbəti qanunsuz cəhdi təşkil edir ki, işğal rejimlərinin leqitimasiyasını həyata keçirsin və işğal olunmuş bölgələrə öz nəzarətini qanuniləşdirsin

2008-ci il Rusiya-Gürcüstan avqust müharibəsinin 11-ci ildönümündə Rusiya prezidenti, Vladimer Putinin Suxumi işğal rejiminin lideri ilə görüşü növbəti qanunsuz cəhdi təşkil edir ki, işğal rejimlərinin leqitimasiyasını həyata keçirsin və işğal olunmuş bölgələrə öz nəzarətini qanuniləşdirsin, – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, Vladimer Konstantinid Vladimer Putin və Raul Xacimba arasında görüş barəsində bəyan etdi.

Konstantinidin dəyərləndirməsinə görə, Rusiyanın qeyd olunan hərəkəti Gürcüstanın dövlətçiliyinə, severenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmişdir və beynəlxalq hüquq normalarına zidd çıxır.

“Rusiyanın bənzər cəhdlərinə baxmayaraq, beynəlxalq həmdostluq Gürcüstanın ayrılmaz bölgələrinin qanunsuz işğalı ilə heç bir zaman barışmayacaq.

Beynəlxalq cəmiyyət Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Abxaziya və Sxinvali bölgəsinin tanınmaması siyasətini dəstəkləyir”, – Vladimer Konstantinid bəyan etdi.

Rusiya prezidenti Vladimer Putin işğal olunmuş Abxaziyanın de-fakto prezidenti Raul Xacimba ilə Soçidə görüşdü.

Şərh yaz