Vladimer Konstantidi - təşkilatı işlərin görülməsindən sonra, gürcü dənizçisi Soslan Kakabadze vətənə qayıdacaq
Vladimer Konstantidi - təşkilatı işlərin görülməsindən sonra, gürcü dənizçisi Soslan Kakabadze vətənə qayıdacaq

Gürcüstan Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktor müavini, Vladimer Konstantidinin məlumatına görə, Liviya həbsxanasından azad edilmiş gürcü dənizçisi Soslan Kakabadze, müvafiq tədbirlərin görülməsindən sonra, vətənə qayıdacaq.

Konstantidinin Birinci Kanala bildirdiyinə görə, daha iki dənizçi həbsxanada qalmaqdadır. Onların işinin müzakirəsi mayın 20-ə planlaşdırılıb.

“Müvafiq təşkilatı işlərin görülməsindən sonra, Liviya həbsxanasından azad edilmiş gürcü dənizçisi Gürcüstana qayıdacaq. Daha iki dənizçi həbsxanada qalmaqdadır. Onların işinin müzakirəsi mayın 20-ə planlaşdırılıb.

Mən trəfindən bütün lazımı tədbirlər görülür ki, Gürcüstan vətəndaşları vətənlərinə dönsünlər.

Liviyada yaxalanan gürcü danizçisi, Soslan Kakabadzeni bu gün azad etdilər.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Tripoli şəhərində keçirilən məhkəmə prossesində hakim, Gürcüstan vətəndaşının azadlığa buraxılması barəsində qərar qəbul etdi.