Vladimer Kara-Murza - Rusiyadaki prezident seçkilərini qəsdlə Krımın anneksiyası tarixinə saldılar
Vladimer Kara-Murza - Rusiyadaki prezident seçkilərini qəsdlə Krımın anneksiyası tarixinə saldılar
“Rusiyada baş verənlər mütləq bir gün başa çatacaq və elə bir gün alacaq ki, Rusiyada demokratik seçkilər keçiriləcək və həqiqi parlament olacaq” – bu barədə bəyanatı “Açıq Rusiya” hərəkatının sədri Vladimer Kara-Murza Birinci kanal ilə müsahibəsində bəyan etdi.
Vladimer Kara-Murzanın dediyinə görə, Rusiya prezidenti seçkilərin saxtalaşdırılması üçün əlindən gələni edir.
“18 ildir Rusiyada ədalətli seçki keçirilməyib. Bu ilki seçki martın 18-də keçiriləcək. Tarixə diqqət edin. Bu tarix Krımın anneksiya günüdür. Bunu artqı sinizm belə adlandırmaq mümkün deyil”, – dedi Kara-Murza.
“Diqqət edin, 2018-ci ildə prezident seçkilərində Boris Nemtsov iştirak etmək istəyirdi və onu öldürdülər. Həmçinin, Aleksey Navalni iştirak etmək istəyirdi, ancaq onu  həbs etdilər. Bütün bunlardan sonra, Putinin tərəfdarları utanmadan bəyan edirlər ki, Putin Rusiyada çox populyardır. Ancaq bu “populyarlıq” heç bir ədalətli seçkidə təsdiqlənməyib. Ümid edirəm ki, bu vəziyyət bir gün başa çatacaq, ədalətli seçkilərimiz və həqiqi parlamentimiz olacaq” – dedi Kara-Murza.