Vladimer Bortsvadze - Cinayətkarla danışıqlar nəticəsində, iki girov azad olundu, digər girovların da təhlükəsiz şəkildə çıxardılması ilə bağlı işləyirik
Vladimer Bortsvadze - Cinayətkarla danışıqlar nəticəsində, iki girov azad olundu, digər girovların da təhlükəsiz şəkildə çıxardılması ilə bağlı işləyirik

Cinayətkarla danışıqlar nəticəsində, iki girov azad olundu, digər girovların da təhlükəsiz şəkildə çıxardılması və ailələrinə qaytarılması ilə bağlı işləyirik, – bu  barədə bəyanatı Daxili İşlər Nazirinin müavini Vladimer Bortsvadze verdi.

Daxili İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə müraciət etdi ki, Zuqdididə, “Gürcüstan Bankının” ərazisində aparılan xüsusi əməliyyatı canlı yayımda işıqlandırmasınlar.

“Medyanın burda olmağı cinayətkarla danışıqlara mane olur. Ona görə də, hüquqmühafizəçilərin işlərinə mane olmamaq adına, jurnalistlərdən xahiş edirəm, birbaşa canlı yayımı dayandırın” – dedi Bortsvadze.

DİN-in məlumatına görə, Zuqdidi şəhərində, Zviad Qamsaxurdia prospektində yerləşən banka silahlı şəxsin daxil olduğu barədə məlumat Daxili İşlər Nazirliyinə saat 14:21-də verildi.

O vaxt üçün, banka hücum edən şəxs 17 nəfəri girov götürmüşdü.