Viktor Boştinaru - Gürcüstan ərazi bütövlüyünün bərpası üçün mübarizə aparır və bu zaman keçmiş Sovet İttifaqı diplomatı Gürcüstan prezidentliyi üçün yaraşmaz
Viktor Boştinaru - Gürcüstan ərazi bütövlüyünün bərpası üçün mübarizə aparır və bu zaman keçmiş Sovet İttifaqı diplomatı Gürcüstan prezidentliyi üçün yaraşmaz

Gürcüstan ərazi bütövlüyünün bərpası üçün mübarizə aparır. Avropa İttifaqı ilə əlaqələrin daha da dərinləşdirilməsi üçün çalışır və bu zaman keçmiş Sovet İttifaqı diplomatı Gürcüstan prezidentliyi üçün nüvafiq olmaz, – bu barədə Birinci Kanal ilə müsahibəsi zamanı Rumıniyalı siyasətçi, Avropa Parlamentinin üzvü Viktor Boştinaru bəyan etdi.

Onun dediyinə görə, Rumıniyada bu cür keçmişi olan namizəd heç bir zaman prezident ola bilməz, bir sadə səbəbə görə – bu keçmişdir.

“Avropa Parlamentində prezidentliyə namizədliyin etibarlığından və mənəvi tərəfindən danışırdım. Mənim üçün fərqi yoxdur, namizəd “Milli Hərəkatdan” və ya “Gürcü Arzusundan” olacaq.

Birbaşa deyəcəm, siyasətçilərdən nifrət edirəm ki, ictimaiyyətə bir şeyi deyirlər və ikincisini edirlər. Gürcüstan ərazi bütövlüyünün bərpası üçün mübarizə aparır. Avropa İttifaqı ilə əlaqələrin daha da dərinləşdirilməsi üçün çalışır və bu zaman keçmiş Sovet İttifaqı diplomatı Gürcüstan prezidentliyi üçün nüvafiq olmaz

Elə burada deyərdim ki, heç bir şey artırmırıq və yalan demirik – axı, bu faktdır. O, Sovet İttifaqı diplomatı, eksperti və Rusiyanın səfiri olub”, –  Avropa Parlamentinin üzvü bəyan etdi.