Vətəndaşlara hansı növ yardımlar ediləcək - İqtidarın anti-böhran planının 4-cü mərhələsi
Vətəndaşlara hansı növ yardımlar ediləcək - İqtidarın anti-böhran planının 4-cü mərhələsi
  1. Vətəndaşlara qayğı – proqramın ümumi büdcəsi – 545 milyon lari təşkil edir. Benefisiarların ümumi sayı isə, 500 min nəfərdən çoxdur (Bu rəqəmlərə komunal vergilərin subsidiya göstəriciləri daxil deyil).
  • Komunal xərclərin subsidiyası  – 4 ay ərzində (Noyabrdan, dekabr daxil olmaqla) komunal xərclərin subsidiyalaşdırılması həyata keçiriləcək (200 kvt/3m-ya qədər istifadə). Benefisiarların ehtimal olunan sayı – 1 milyon ailə. Büdcə 270 milyon lari;

 

  • 1200 larilik yardım – işini itirən şəxslər üçün – formal sektorda işlə təmin edilən şəxslər, hansı ki, müvəqqəti olaraq, işsiz qalıblar, 2021-ci ilin yanvar ayından 6 ay ərzində 200 larilik yardım alacaqlar. Benefisiarların ehtimal olunan sayı – 125,000 nəfər. Büdcə – 150 milyon lari;

 

  • 300 larilik bir dəfəlik yardım – Dekabr və yanvar ayında qoyulan məhdudiyyətlər nəticəsində fəaliyyətlərini dayandıran obyektlərdə işləyən şəxslərə və individual istehsalçılara 300 larilik kompensasiyalar veriləcək. Benefisiarların ehtimal olunan sayı – 100 min. Büdcə – 30 milyon lari;

 

  • 600 larilik yardım – 65-dən 100 min sosiyal balı olan ailələr yanvar ayından, 6 ay ərzində, ayda 100 larilik (ailə üzvlərinin sayına görə) yardım alacaqlar. Benefisiarların ümumi sayı 72 minə qədər ailə (220 minə qədər şəxs), büdcə – 55 milyon lari;

 

  • 600 larilik yardım – 0-dan 100 min balı və evdə 3 və 3-dən artıq 16 yaşına qədər uşağı olan ailələr, 6 ay ərzində, ayda 100 lari alacaqlar (yanvar ayından iyun daxil olmaqla) – 24 min ailə. Büdcə – 15 milyon lari;

 

  • 18 yaşına qədər məhdud fiziki imkanlı şəxslər üçün 600 larilik yardım veriləcək – ayda 100 lari, 6 ay ərzində. Benefisiarların sayı – 43 min nəfər. Büdcə – 27 milyon lari;

 

  • Dekabr-yanvar aylarında fəaliyyətini dayandıran obyektlərdə işləyən şəxslər üçün bank kreditlərinin ödənişi təxirə salınacaq.

 

2. Biznesə dəstək paketi – 515 milyon lari

 

  • Gəlir vergisinə güzəşt – 1500 lariyə qədər maaşı olan şəxslər 750 lariyə qədər gəlir vergisindən, 2021-ci ilin dekabr-may müddətində azad olunurlar.  Benefisiarların ehtimal olunan sayı 33 min şirkət və 425 min işlə təmin olunan şəxsdir. Büdcə – 260 milyon lari.

 

  • Turizm sektoru üçün əmlak vergisinə güzəşt – turizm sektoru (Mehmanxanalar, restoranlar və bənzər fəaliyyətə qoşulan şirkətlər) 2021-ci ildə əmlak vergisindən azad olunur. Büdcə – 45 milyon lari;

 

  • 2020-ci ilin 4 müddəti ilə təxirə salınan gəlir vergisinin ləğv olunması – turizm sektorunda həyata keçiriləcək (Mehmanxanalar, restoranlar və bənzər fəaliyyətə qoşulan şirkətlər) 2020-ci ilin dekabrın 1-nə qədər təxirə salınan gəlir vergilərinin ləğv olunması. Büdcə – 20 milyon lari;

 

  • Mehmanxanaların bank kreditlərinin faizlərini subsidiyalaşdırılması davam edəcək, həmçinin, restoranların bank kreditlərinin  faizlərin subsidiyalaşdırılması 6 ay ərzində davam edəcək. Benefisiarların ehtimal olunan sayı – 3700 şirkət;

 

  • Mikro qrant proqramı  – istehsalçıların mikro qrant proqramı həyata keçirilir, hansı ki, minlərlə yeni biznes-layihələri maliyyələşdirəcək (2020-ci ilin proqramı). Büdcə – 40 milyon lari;

 

  • Kredit-zəmanət fondu – 2021-ci ildə kredit-zəmanət fondunun fəaliyyəti fəal şəkildə davam edəcək, hansı ki, özəl sektorun kreditlərinin restrukturisaziyasına və yeni vəsaitlərin alınmasına yardım edəcək. Büdcə – 100 milyon lari;

 

  • Dekabr-yanvar aylarında fəaliyyəti dayandırılan şirkətlərə bank kreditlərinin təxirə salınması üçün imkan yaradılacaq.

 

Cəmi olaraq, yeni paketlərin tam büdcəsi 1,1 milyard lari təşkil edir.

Şərh yaz