Vest Mitçel - Gürcüstan və Ukrayna qərb aləminin hissəsidirlər
Vest Mitçel - Gürcüstan və Ukrayna qərb aləminin hissəsidirlər

Gürcüstan və Ukrayna qərb aləminin hissəsidirlər, – bu barədə Avropa və Avrasiya məsələləri üzrə ABŞ Dövlət Katibinin köməkçisi, Vest Mitçel bəyan etdi.

Vest Mitçel Vaçinqtonda, Heritage Foundation-də proqram nitqi ilə çıxış etdi. Nitq, ABŞ-Avropa əlaqələri ilə bağlı Tramp administrasiyasının baxışlarına həsr olunurdu.

“Biz qərbi, demokratik ölkələr həmdostluğu kimi müzakirə etməliyik. Bəzi üzvü qədim demokratiya, bəzisi isə deyil, güclü və zəif ölkələrdir, bəzisi Avropa İttifaqı və NATO-nun üzvüdür, bəzisi deyil. Gürcüstan və Ukrayna tarixi və eləcədə öz əhalisinin seçimi ilə qərb aləminin hissəsidirlər”, – Mitçel qeyd etdi.