Ves Mitçel - ABŞ Gürcüstan və Ukrayna üçün hərbi yardımı artırır
Ves Mitçel - ABŞ Gürcüstan və Ukrayna üçün hərbi yardımı artırır

ABŞ Gürcüstan və Ukrayna üçün hərbi yardımı artırır, – bu barədə ABŞ dövlət katibi yardımçısı Ves Mitçel bəyan etdi.

Onun dediyinə görə, ABŞ bu yol ilə Gürcüstan və Ukraynaya yardım edir ki, Rusiyaya müqavimət göstərə bilsinlər.

“Biz Gürcüstan və Ukraynaya yardım edirik. Az öncə Rusiya onları hədələyirdi. Bu ölkələr üçün hərbi yardımı artırırıq”, – Mitçel bəyan etdi.

O, həmçinin Tramp administrasiyasının Avropaya etdiyi yardımı barəsində söhbət etdi. Onun dediyinə görə, Tramp Avropanın təhlükəsizliyinin müdafiəsi vədini 2017-ci ildə Varşavada verdi.

Mitçel həmçinin Rusiyaya qarşı ABŞ-in siyasətinə barəsində danışdı. Onun dediyinə görə, Vaşinqton Rusiya ilə dialoqa hazırdır, lakin Moskva təcavüzkar siyasətini dayandırmalıdır.