Venesuella hakimiyyəti miqyaslı hərbi təlimlərə başladı
Venesuella hakimiyyəti miqyaslı hərbi təlimlərə başladı

Venesuella hakimiyyəti tarixində ən miqyaslı hərbi təlimlərinə başladı. Təlimlərin başlamasına qədər, Venesuellanın prezidenti Nikolas Maduro hərbi şəxslərlə görüşdü və texnikanı gözdən keçirdi.

Maduro nitqlə çıxış edərkən ordunun modernləşdirilməsi və müasir silahlanmanın əldə edilməsinin vacibliyindən danışdı.

Ölkədə hərbi təlimlər fevralın 15-dək davam edəcək.