Vəkilin məlumatına görə, "Gürcüstan Bankının" filialına hücum edən şəxsin odlu silahı yox idi
Vəkilin məlumatına görə, "Gürcüstan Bankının" filialına hücum edən şəxsin odlu silahı yox idi

Avlabari metrosunun yanında, “Gürcüstan Bankının” filialına hücum edən şəxsin odlu silahı yox idi  və silahla bağlı ona qarşı fərqli ittiham irəli sürüləcək, – bu barədə bəyanatı müvəqqəti təcridxanada olan, Nikoloz Tsutsumianın vəkili Giorgi Bardavelidze verdi.

Vəkilin dediyinə görə, banka hücum zamanı Nikoloz Tsurtsumianın əlindəki silah odlu deyil, pnevmatik idi.

Vəkil bəyan edir ki, Tsurtsumia banka etiraz əlaməti olaraq, hücum edib və insanları girov götürərkən, polisdən və kimsədən heç bir tələbi olmayıb, ona görə də, istintaq hücumun motivi üzrə aparılır.

Giorgi Bardavelidzenin dediyinə görə, Nikoloz Tsurtsumia susmaq haqqından istifadə edir və istintaqla əməkdaşlıq edəcək. Ona qarşı rəsmi ittiham bu günün ikinci yarısında irəli sürüləcək.

Tbilisidə, Avlabari metrosunun yanındaki bank filialın hücum dünən edildi, ancaq hücum edən şəxs tezliklə həbs edildi.