Vecini kəndində koronavirus daha bir insanda təsdiq olundu
Vecini kəndində koronavirus daha bir insanda təsdiq olundu

Qurcaani munisipalitetinin Vecini kəndində koronavirusa yoluxan 27 yaşlı kişinin ailə üzvlərinin və kontaktlarının yoxlanılması nəticəsində, koronavirus onun bacısında da təsdiq olundu. Məlumatı Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin Kaxeti bölməsində təsdiq edirlər.

Qurcaani munisipalitetinin Vecini kəndində epidemioloqlar qrupu işləyir. Mütəxəssislər kontakların araşdırılması üzrə fəal işləyirlər.

Qurcaani munisipalitetinin Vecini kənd sakini, Larsi sərhəd-buraxılış məntəqəsinin əməkdaşında, koronavirus iki gün bundan əvvəl təsdiq olundu. Onun virusa yoluxması mənbəsi hələlik məlum deyil.