"Və biz rəqs etdik" filiminin preyerası ilə bağlı Daxili İşlər Nazirliyi bəyanat yayır
"Və biz rəqs etdik" filiminin preyerası ilə bağlı Daxili İşlər Nazirliyi bəyanat yayır

Gürcüstanın Daxili İşlər Nazirliyi “Və biz rəqs etdik” filiminin preyerası ilə bağlı bəyanat yayır.

Bəyanatda deyilir ki, Daxili İşlər Nazirliyinin öhdəliyi, cinsiyyətindən, dini mənsubiyyətindən, seksual orientasiyasından, gender identliyindən və siyasi mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşın hüquqlarını və azadlığını qorumaqdır.

İdarədə deyilir ki, filmin nümayişi zamanı, DİN ictimai təhlükəsizlik və asayiş qaydalarının qorunmasını təmin edəcək.

“2019-cu ilin, 8, 9 və 10 noyabr tarixlərində Tbilisi və Batumi kinoteatrlarında “Və biz rəqs etdik” (And Then We Danced) filminin premyerası keçiriləcək. İctimaiyyətin bəzi üzvləri tərəfindən premyeranın pozulacağı və insanların kinoteatra daxil olmalarına imkan verilməyəcəyi barədə bəyanatlar verilir.

Hər kəsə müraciət edirik ki, qanun qaydalarına riayət etsinlər. Əks təqdirdə, polis öz mandatı çərçivəsində, gərəkən şəkildə hərəkəti edəcək və hər bir qanun pozuntusu faktına dərhal hüquqi cavab veriləcək” – deyilir DİN-in bəyanatında.