Vasil Mağlaperidze - Rustavi 2-dən xahiş edirəm, bir televizyanın yaradılmasına yetərli olan həcmində, dövlət tərəfindən bağışlanan borcları xatırlayasınız
Vasil Mağlaperidze - Rustavi 2-dən xahiş edirəm, bir televizyanın yaradılmasına yetərli olan həcmində, dövlət tərəfindən bağışlanan borcları xatırlayasınız

“Yayımlar haqqında” qanuna dəyişikliklərin edilməsi İctimai Yayımçını privilegiyalı duruma gətirmir, – bu barədə İctimai Yayımçının baş direktoru, Vasil Mağlaperidze Gürcüstan prezidenti administrasiyasında görüş başlayana qədər bəyan etdi.

İctimai Yayımçının baş direktoruna Rustavi 2 teleşirkəti sual ilə müraciət etdi – “bir çox milyonlu büdcəniz olduğu zaman, bu təqdirdə əlavə dəyişikliklərin həyata keçirilməsi nəyə görə lazım gəlir”. Vasil Mağlaperidze cavab verdi:

“Bu çox yaxşı layihədir və bütün mətbuatın inkişafına imkanlar yaradacaq. Maraqlanırsınızsa, üstünlü şəraitdə həqiqətən deyil. Milyonlardan söhbət gedəndə, özəlliklə də sizdən, Rustavi 2-dən xahiş edirəm, bir televizyanın yaradılmasına yetərli olan həcmində, dövlət tərəfindən bağışlanan, büdcədən bağışlanan borcları xatırlayasınız”, – İctimai Yayımçının baş direktoru qeyd etdi.

“Yayımlar haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı, Gürcüstan prezidenti İctimai Yayımçının İcraçı Şurasının üzvləri ilə görüşür.