Vasil Mağlaperidze -"Rəngarəng Gürcüstan" layihəsi ölkədəki rəngarəngliyin və çoxmillətliliyin əhəmiyyətinin dərk edilməsinin mənbəsidir
Vasil Mağlaperidze -"Rəngarəng Gürcüstan" layihəsi ölkədəki rəngarəngliyin və çoxmillətliliyin əhəmiyyətinin dərk edilməsinin mənbəsidir

Rəngarənglik və ölkəmizin çoxmillətliliyi qorxacağımız vəziyyət deyil, əksinə bizim sərvətimizdir , – bu barədə bəyanatı Birinci Kanalın baş direktoru Vasil Mağlaperidze İctimai Yayımçının “Rəngarəng Gürcüstan” adlı layihəsinin təqdimatında verdi.

“Pələng dərili pəhləvan”-da bu haqda deyilir ki, ölkəmiz saysız rənglidir və bu rənglər bizi qorxutmalı deyil, əksinə, bu sərvətdən ağıl ilə istifadə etsək, çox güclü olacağıq və dünyayı daha geniş görəcəyik, ona görə də bu layihə geniş baxışın kiçik bir hissəsidir” – dedi Vasil Mağlaperidze.

“Ölkəmizdə yaşayan milli azlıqların nümayəndəsi olan gənclər bilməlidirlər ki, onlara bu ölkədə irəli getmək və inkişaf etmək imkanları veriləcək. Bəzi süni baryerləri özümüz dağıtmalıyıq. Bugün bu gənclər bunu bacardılar və onların 24 saatlıq efir imkanları olacaq.

Əminəm ki, bu layihə çərçivəsində çox maraqlı ideyalar yaranacaq. Əsas olan odur ki, bu lahiyənin əsası qoyuldu və artıq fəaliyyətə başladı” – dedi Vasil Mağlaperidze.