Vasil Mağlaperidze - Mediyaplüralizm güclü İctimai Yayımçısız olmayacaq
Vasil Mağlaperidze - Mediyaplüralizm güclü İctimai Yayımçısız olmayacaq

Prezidentə İctimai Yayımçının planlarını və parlamentdə müzakirə olunan qanunlayihənin mahiyyətini çox ətraflı açıqladıq, – bu barədə İctimai Yayımçının baş direktoru, Vasil Mağlaperidze Gürcüstan prezidenti administrasiyasında görüş başa çatandan sonra bəyan etdi.

Elə onun dediyinə görə, prezident Giorgi Marqvelaşvili ilə görüş zamanı mümkün veto haqqında söhbət olmayıb.

“Bu qanunlayihəni bir çox opponentimiz, bəzisi bilərəkdən və bəzisi bəlməyərək, düzgün olmayaraq açıqlayır. Hər bir maddəni təffəruatı ilə müzakirə etdik və hüsab edirəm çox maraqlı və işgüzar görüş idi. Mediyaplüralizm hər bir insanın nailiyyətidir. Biz bu yaxşılığı yaradırıq və biz alətik. Mediyaplüralizm güclü İctimai Yayımçısız olmayacaq. Çox əhəmiyyətli olan dünya təcrübəsi ilə tasnış olun. Satın almalara gəldikdə isə, bu mövzu ilə spelulasiya baş verirdi, biz satınalmalardan azad olmağı deyil, produksiyanın tenderdən azad olunmasını tələb edirik”, – Vasil Mağlaperidze jurnalistlərə bildirdi.

Onun dediyinə görə, televizyanın yanından keçən də bilir ki, veriliş və serialı tender ilə almaq mənasızdır.

“Bu bizim tələbimiz deyil, Avropa İttifaqı tələb edir ki, İctimai Yayımçı bu növlü tenderlərdən azad olsun”, – Mağlaperidze qeyd etdi.