Vasil Mağlaperidze - Əgər kimsə düşünürsə ki, Gürcüstanda medyanın 2017-ci ildəki vəziyyəti, 2009-cu ildə olan vəziyyətlə eynidir, o ya qeyri-kompetentdir, ya da səhvə salınıb
Vasil Mağlaperidze - Əgər kimsə düşünürsə ki, Gürcüstanda medyanın 2017-ci ildəki vəziyyəti, 2009-cu ildə olan vəziyyətlə eynidir, o ya qeyri-kompetentdir, ya da səhvə salınıb

“Əgər kimsə düşünürsə ki, Gürcüstanda medyanın 2017-ci ildəki vəziyyəti, 2009-cu ildəki ilə eynidir, o ya qeyri-kompetentdir ya da səhvə salıınıb”, – bu bəyanatı Birinci Kanalın baş direktoru Vasil Mağlaperidze Freedom House-un hesabatına cavab olaraq verdi, hansına əsasən, medya müstəqilliyinin 2017-ci ildəki göstəricisi 2009-2012-ci illərlə eyniləşdirilib.

Vasil Mağlaperidze qeyd etdi ki, Freedom House nəzərə alınacaq, nüfuzlu bir təşkilatdır, ancaq təşkilata bu məlumatı verən şəxs işini ləyaqətli şəkildə yerinə yetirməyib.

“Hər bir dəyərləndirmə maraqlıdır, ancaq, hər biri mütləq yoxlanmalıdır. Təşkilatın hesabatında oxuyuruq ki, Gürcüstanda medyanın 2017-ci ildəki vəziyyəti 2009, 2010, 2011 və 2012-ci illərlə eyni idi. Düşünürəm ki, sadəcə Gürcüstanda yaşayanlar deyil, hətta Gürcüstanın yanından belə keçənlər bu məlumata inanmayacaqlar, ki bu məlumatın doğru olub-olmadığını yoxlamaq da çox asandır.

Medyanın nə gündə olduğunu tək-tək sadalamayacam, antenlərin yaxalanmasının utanc verici hadisələrini hərkəs xatırlayır və bütün olanlardan sonra, 2017-ci ildə də medyanın 2009-cu il ilə eyni vəziyyətdə olduğunu bəyan edənlər ya səhvə salınıblar ya da qeyri-kompetentdirlər” – dedi Vasil Mağlaperidze.

Birinci Kanalın azadlıq keyfiyyətinə gəlincə isə, Mağlaperidze qeyd etdi ki, bugün Birinci Kanalın əməkdaşları Avropadaki kimi azad hərəkət edirlər və bu hər bir təfərrüatı ilə yoxlanıla bilər.

“Birinci Kanalda bugün 2009, 2010, 2011 və 2012-ci illərdə, işləyən insanlar yenə də işləyirlər və hörmət etdiyimiz Freedom House təşkilatı gəlsin, onlarla söhbət etsin və həqiqi vəziyyəti öyrənsin.

Deyə bilərəm ki, Birinci Kanalın əməkdaşları bugün tamamilə azaddırlar və imkanlarını göstərmək üçün onların hər cür dəstəkləri var.

Bugün Birinci Kanalın əməkdaşları Avropada olduğu azadlıqdan istifadə edirlər, hətta bir çox ölkədən öndə də ola bilərik. Bunu tam məsuliyyətlə bəyan edirəm” – dedi Mağlaperidze.

Freedom House-un hesabatında Gürcüstanda medyanın 2017-ci ildə ki vəziyyəti 2009-cu ildəki vəziyyət ilə bərabərləşdirilib və 2017-ci ilin medya göstəricisi 2009, 2010, 2011, 2012-ci illərin göstəriciləri ilə eynidir və Gürcüstan 4 bal ilə dəyərləndirilib.