Vasil Mağlaperidze - Gürcüstanın Birinci Kanalının "Bizim Gürcü Dilimiz" yeni layihəsinin əsas hədəfi qeyri-gürcü dilli məktəblərin şagirdləri olacaqlar ki, onlar ictimai, dövlət həyatına tamhüquqlu olaraq qoşula bilsinlər
Vasil Mağlaperidze - Gürcüstanın Birinci Kanalının "Bizim Gürcü Dilimiz" yeni layihəsinin əsas hədəfi qeyri-gürcü dilli məktəblərin şagirdləri olacaqlar ki, onlar ictimai, dövlət həyatına tamhüquqlu olaraq qoşula bilsinlər

Gürcüstanın Birinci Kanalının “Bizim Gürcü Dilimiz” yeni layihəsinin əsas hədəfi qeyri-gürcü dilli məktəblərin şagirdləri olacaqlar ki, onlar ictimai və dövlət həyatına tamhüquqlu olaraq qoşula bilsinlər, – bu barədə Gürcüstanın Birinci Kanalının baş direktoru, Vasil Mağlaperidze bəyan etdi.

“Bizim Gürcü Dilimiz” layihəsi çərçivəsində gənclər üçün, qeyri-gürcü dilli məktəblərin şagirdləri artıq onlayn-olimpiada başlayır. Dəyərkən bu cür layihəyə başlayırıq, aydındır ki, yalnız Gürcüstanın Birinci Kanalı bu problemi həll edə bilməz, burada kompleks tədbirlər lazımdır, lakin Gürcüstanın Birinci Kanalı hər şeyi edəcək ki, maksimal olaraq problemi dəf etsin. Yeni layihə onların istedadı və enerjisi üçün imkan olacaq. Bu, ölkə üçün böyük resursdur”, – Vasil Mağlaperidze bəyan etdi.

Gürcüstanın Birinci Kanalının “Bizim Gürcü Dilimiz” yeni layihəsinə qoşulma arzusunda olanların qeydiyyatı keçirilir.

“Bizim Gürcü Dilimiz” yeni layihəsi Gürcüstanın Birinci Kanalının gürcü dilinin populyarlaşdırlması məqsədini güdən layihədir. Layihə çərçivəsində bir neçə fəallıq planlaşdırılıb. Qeyri-gürcü dilli məktəblərin şagirdləri gürcü dili onlayn-olimpiadasında və başqa fəallıqlarda iştirak edəcəklər.

Azərbaycan və erməni dilli məktəblərin şagirdlərinin onlayn-olimpiadası qeydiyyatı 11 maydan başladı.