Vasil Mağlaperidze - Gürcüstanın Birinci Kanalının “Bizim Gürcü Dilimiz” onlayn olimpiadası bizə bir çox şeyi öyrətdi və bir çox lazımlı məsələni göstərdi
Vasil Mağlaperidze - Gürcüstanın Birinci Kanalının “Bizim Gürcü Dilimiz” onlayn olimpiadası bizə bir çox şeyi öyrətdi və bir çox lazımlı məsələni göstərdi

Gürcüstanın Birinci Kanalında gürcü və erməni dilli məktəb şagirdləri üçün elan edilmiş “Bizim Gürcü Dilimiz” onlayn olimpiada bizə bir çox şeyi öyrətdi və bir çox lazımlı məsələni göstərdi, – bu barədə Gürcüstanın Birinci Kanalının baş direktoru, Vasil Mağlaperidze bəyan etdi.

Mağlaperidzenin dediyinə görə, artıq üç qalib aşkarlanıb və onların kimliyi “Moambenin” əasas buraxılışında məlum olacaq.

“Bizim Gürcü Dilimiz” onlayn olimpiada göstərdi ki, nə ediləsidir. Bir çox yaxşı gənc iştirak etdi. Bu bir daha deməkdir ki, bütün hamımız, dövlət və ictimaiyyət nə cür qoşulmalıyıq ki, qeyri gürcü dilli əhalidə gürcü dilinin biliyinin kifayət qədər olmayan səviyyəsi adlanan problemi nə cür aradan qaldıraq.

Bu gün üç qalib aşkar edildi. Hələ onların özləri də bilmirlər və “Moambenin” əasas buraxılışında biləcəklər. Onları təbrik edirəm. Bu cür müsabiqələr davam edəcək və bu istiqamət üzrə ciddi addımların atılmasını planlaşdırırıq”, – Mağlaperidze bəyan etdi.

Layihənin qaliblərinə xüsusi mükafatlar veriləcək. “Bizim Gürcü Dilimiz” layihəsində iştiraklarını təsdiq edən sertifikatlar başqa iştirakçılara da veriləcək.

“Bizim Gürcü Dilimiz” onlayn olimpiadada iştirak etmək arzusunu 200-ə qədər yeddinci sinif şagirdi bildirdi. Final mərhələyə isə, söhbətləşmə nəticəsində gürcü və erməni dilli məktəbin 44 yeddinci sinif şagirdi keçdi.

Layihə çərçivəsində, həmçinin qalib şagirdlərin gürcü dili və ədəbiyyatı müəllimləri xüsusi prizlərlə mükafatlandırılacaqlar.

Gürcüstanın Birinci Kanalında erməni və azərbaycan dilli məktəb şagirdləri üçün onlayn olimpiada 4 iyunda başladı.

“Bizim Gürcü Dilimiz” Gürcüstanın Birinci Kanalının gürcü dilinin populyarlaşdırlması məqsədini güdən layihəsidir. Layihə çərçivəsində bir neçə fəallıq planlaşdırılıb. Layihənin hissələrindən biri Gürcüstanın bölgələrində qeyri-gürcü dilli məktəbləri üçün gürcü dili olimpiadasının keçirilməsidir.

Layihənin feysbuk səhifəsində vaxtaşırı viktorinalar keçiriləcək. Verilən suala düzgün cavab verildiyi təqdirdə, qeyri-gürcü dilli məktəb şagirdləri həvəsləndirici hədiyyələr qazanacaqlar.