Vasil Mağlaperidze - gizli izləmə və dinləmə avropa deyil, halbuki "komsomol" yoludur
Vasil Mağlaperidze - gizli izləmə və dinləmə avropa deyil, halbuki "komsomol" yoludur

Yeni başlamış Pavlik Morozov təməyüllü hərəkat, gizli izləmə və dinləmə ilə, qadağalar, kim kimlə görüşməlidir və kimlə yox, ictimaiyyəti nəsə pisə doğru aparır – bu barədə Birinci Kanalın baş direktoru, Vasil Mağlaperidze mediada yayılan foto barəsində bu gün edilən bəyanatları şərh edərkən bəyan etdi. “Milli Hərəkatın” üzvü, Tinatin Bokuçava bəyan etdi ki, Media vasitəsi ilə yayılan, Vasil mağlaperidzenin, Kaxa Kekaurinin, Mako Biqvavanın və Laşa Natsvlişvilinin əks olunduğu foto barəsində prokurorluq istintaqa başlamalıdır.

Vasil Mağlaperidzenin dediyinə görə, bu mövzu ətrafında durum hətta komik də deyil.

“Bu durum və bəyanatlar faciəvi gülməlidir. Yandan durub baxsalar və diqqət yetirsələr, artıq hətta gülməli də deyil. Dinləmələr və izləmələrdən artıq danışmıram. Bu bardə artıq əvvəlki şərhlərim zamanı bildirmişəm”, – Vasil Mağlaperidze bəyan etdi.

Elə onun dediyinə görə, foto üzrə istintaqa başlanılmanın tələbi də labüddür

“Bu artıq labüdə qədər gedib çıxıb. Əgər başqa iş ilə məşğul deyillərsə, onlara mane olmayaq. Nəyi araşdıracaqlar, Zaza Şatiraşvili mənim çoxdandır dostumdur. Birgə verilişlər də aparmışıq. Bununla maraqlananın hamısı bunu bilir. Mən və kaxa Bekauri dost olduğumuz da məlumdur. Mako Biqvava və Laşa Natsvlişvili də.

Danışdıqları mövzu barəsində söhbətimiz olmayıb. Danışsaq da nə olacaqdı ki? Lakin sadəcə olaraq bu mövzuda söhbət etməmişik”, – Vasil Mağlaperidze bəyan etdi.

Onun dediyinə görə, gizli izləmə və dinləmə avropa deyil, halbuki “komsomol” yoludur.