Vasil Mağlaperidze - "Freedom House"-un İkinci Kanalda parlament iclaslarının artıq yayımlanmadığı barədə yaydığı məlumat sadəcə olaraq, yalandır
Vasil Mağlaperidze - "Freedom House"-un İkinci Kanalda parlament iclaslarının artıq yayımlanmadığı barədə yaydığı məlumat sadəcə olaraq, yalandır

Birinci Kanalın baş direktoru Vasil Mağlaperidze “Freedom House” təşkilatının hesabatında İkinci Kanalda parlament iclaslarının artıq yayımlanmadığı barədə verilən məlumatı faktiki səhv adlandırdı.

Mağlaperidzenin bəyanatına görə, hər bir insan İkinci Kanalı qurub plenar və hətta komitə iclaslarının necə yayımlandığını görə bilər.

Görünür ki, “Freedom House”-un informatorları İkinci Kanala (Meore arxi) heç baxmırlar və yaxud bilərək, səhv məlumat yayırlar.

 “Freedom House“-un İkinci Kanalda parlament iclaslarının artıq yayımlanmadığı barədə yaydığı məlumat sadəcə olaraq, yalandır. Məncə, hərkəs üçün məlum olan faktın bu şəkildə saxtalaşdırılması ən azından ayıbdır, – dedi Vasil Mağlaperidze.

“Freedom House” – təşkilatının keçid dövründə olan ölkələr haqqında hazırladığı 2017-ci ilin hesabatında qeyd olunur ki, parlament iclaslarının birbaşa yayımını həyata keçirən İkinci Kanal bağlanıb.