"Varketili" metrosunda xəsarət alanların əlavə tibbi xərclərini sənədlərin təqdim edilməsindən sonra Tbilisi Meriyası ödəyəcək
"Varketili" metrosunda xəsarət alanların əlavə tibbi xərclərini sənədlərin təqdim edilməsindən sonra Tbilisi Meriyası ödəyəcək

Yanvarın 30-da “Varketili” metrosunda baş verənlər nəticəsində xəsarət alanların müalicəsi xərcləri, ümumxalq səhiyyə proqramı çərçivəsində tamamilə ödənildi. Hazırda pasientlərin hamısı xəstəxanadan çıxıbdır, – bu barədə Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir.

Səhiyyə Nazirliyində bəyan edirlər ki, xəsarət alanların əlavə tibbi xərclərini sənədlərin təqdim edilməsindən sonra Tbilisi Meriyası ödəyəcək

“Yanvarın 30-da “Varketili” metrosunda baş verənlər nəticəsində xəsarət alanların müalicəsi xərcləri, ümumxalq səhiyyə proqramı çərçivəsində tamamilə ödənildi. Xəsarət alanların bəzilərinə cərahi əməliyyat lazım gəldi. Bəzisinə isə ambulatoriya xidməti göstərildi. Onların müalicəsinin xərcləri tamamilə ödənildi. Hazırda pasientlərin hamısı xəstəxanadan çıxıbdır.

Xəsarət alanların əlavə tibbi xərclərini sənədlərin təqdim edilməsindən sonra Tbilisi Meriyası ödəyəcək

 

“Varketili” metrosunda baş verənlər nəticəsində xəsarət alanları Əmək, Səhiyyə və Sosial Müdafiə naziri, David Sergeenko insidentdən bir neçə saata şəxsən ziyarət edi. Nazir elə o başdan bəyan etdi ki, onların müalicəsi xərcləri, ümumxalq səhiyyə proqramı çərçivəsində tamamilə ödəniləcəkdir. Elə birinci gündən Səhiyyə Nazirliyinin müvafiq xidmətləri xəsarət alanları müalicə edən həkimlərlə əlaqədə idi.

Pasientlərin idenfikasiyalaşdırılması, onların sağlamlıq durumu və göstəriləm tibbi xidməti barəsində məlumat konfidisialdır”, – Səhiyyə Nazirliyində bəyan edirlər.