Vano Zardiaşvili Gürcüstan Parlamentini tərk etdi
Vano Zardiaşvili Gürcüstan Parlamentini tərk etdi

Qərar verdim ki, Gürcüstan Parlamentini və deputat mandatını tərk edəm, – bu barədə çoxluğun deputatı, Vano Zardiaşvilinin yaydığı bəyanatda deyilir.

“2016-cı ildən 9-cu çağırış Parlamentinin və “Gürcü Arzusunun” üzvü oldum. Burada bir çox layiqli insanla tanış oldum.

Üç illik çirkin, neqativ kampaniya fonuna baxmayaraq, mənə qarşı heç bir fakt aşkar edə bilmədilər.

Təəssüflər olsun ki, bu cür kampaniyanın bir çox müəllifi aşkar olundular – heç bir siyası moralı olmayan insanlar.

Bu gün, ilk növbədə mənim arxamda mənim ailəm və azyaşlı uşaqlarım durur. Onlar bunların hamısına görə, hərgünlük stress keçirirlər.

Baxmayaraq ki, həqiqət konkret hallarda da mən tərəfədir, istəmirəm təxribatların mənbəsi olum.

Qərar verdim ki, Gürcüstan Parlamentini və deputat mandatını tərk edəm”, – bəyanatda deyilir.