Vani və Xoni seçki məntəqələrində aralıq parlament seçkiləri keçirilir
Vani və Xoni seçki məntəqələrində aralıq parlament seçkiləri keçirilir

Vani və Xoni seçki məntəqələrində aralıq parlament seçkiləri keçirilir.

Vətəndaşlar majoritar seçki məntəqələrində parlamentə Vani və Xoninin majoritar deputatlarını seçirlər.

Aralıq seçkilərinin keçirilməsi zərurəti, “Gürcü Arzusunun” Vani və Xoni majoritar deputatı Qriqol Leluaşvilinin Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri təyin edilməsindən sonra yarandı.

Qeyd olunan rayonlarda 48 123 seçici qeydiyyatdan keçib.

Seçkidə iştirak edən namizədlər bunlardır:

2. “Bakradze, Uqulava – Avropa Gürcüstanı – Giorgi Uqulava
17. “Gürcüstan” – Giorgi Leluaşvili
21. “Ənənəçilər” – Zurab Kartvelişvili
23. “Yeni Xristian-demokratlar”– Mamuka Tuskadze
41. “Gürcü Arzusu – demokratik Gürcüstan” – Givi Çiçinadze
42. Təşəbbüs qrupu (Sopio Meşveliani, Şorena Cuxradze, Vaja Kopaliani, Tamar Kuxalaşvili, Marina Çaqunava) – Vasil Kopaliani.