Vaksinasiya prosesinə turizm və ev sahibliyi sektorunda işlə təmin olunan insanlar, həmçinin ictimai nəqliyyat sürücüləri və nəzarətçilər qoşulacaqlar
Vaksinasiya prosesinə turizm və ev sahibliyi sektorunda işlə təmin olunan insanlar, həmçinin ictimai nəqliyyat sürücüləri və nəzarətçilər qoşulacaqlar

Vaksinasiya prosesinə turizm və ev sahibliyi sektorunda işlə təmin olunan insanlar, həmçinin ictimai nəqliyyat sürücüləri və nəzarətçilər qoşulacaqlar, – bu barədə idarələrarası koordinasiya şurası yanında mövcud olan operativ qəragahın sədri, Giorgi Ğibradze, hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.

“Şura bugünki iclasda vaksinasiyanın genişləndirilməsi məsələsini müzakirə etdi. Vaksinasiya prosesində prioritet qruplar olaraq turizm və ümumiyyətlə və sahibliyi sektorunda işlə təmin olunan insanlar, həmçinin ictimai nəqliyyat sürücüləri və nəzarətçilər müəyyənləşdirildilər”, – Ğibradze bəyan etdi.

Elə bu gün məlum oldu ki, cari həftədən vaksinasiya prosesinə hökumət və parlament üzvləri qoşulacaqlar.