Vaxtanq Qomalauri - kriminal azalıb
Vaxtanq Qomalauri - kriminal azalıb

Gürcüstan Daxili İşlər naziri, Vaxtanq Qomelauri bəyan edir ki, Gürcüstanda son zamanlar kriminal hallırının statistik göstəriciləri azalıb.

Vaxtanq Qomelaurinin jurnalistlərə bəyan etdiyinə görə, kriminalın artması barəsində yalan informasiya yayılır.

“Heçnə artmayıb. Bu yalan məlumatdır. Bir iki hallar var idi. Ümumilikdə rəqəmlər azalıb. Bu gün üç dəfə artıq polis işçisi çıxıb, buna qədər bir obyektdə 10 polis işçisi var idisə, indi 30-dur. Bundan irəli gələrək kriminal azalıb. Beləliklə xüsusi bir şey baş vermir. Hər şey ola bilər, Marneulidə də, Qoridə də və Tbilisidə də. Lakin buna qədər 10 hadisə baş verirdisə, indi 3-4 hadisə baş verir”, – Qomelauri bəyan etdi.