Vaxtanq Qomelauri Vano Merabişvilinin iqtidar çevrilişi ilə bağlı bəyanatını qeyri-ciddi adandırır
Vaxtanq Qomelauri Vano Merabişvilinin iqtidar çevrilişi ilə bağlı bəyanatını qeyri-ciddi adandırır

Gürcüstanın Daxili İşlər Naziri Vaxtanq Qomelauri Vano Merabişvilinin iqtidar çevrilişi ilə bağlı bəyanatı qeyri-ciddi adlandırır.

Daxili İşlər Nazirliyi qeyd etdi ki, Vano Merabişvili həbs cəzasını çəkmiş sabiq məhkumdur və onun bəyanatları haqqında danışmaq istəmir.

“Onun bəyanatı ilə bağlı şərhlər necə iqtidar, eləcədə, qanunvericilik orqannın nümayəndələri tərəfindən verildi və mən artıq bu qeyri-ciddi bəyanatla bağlı danışmaq istəmirəm” – dedi Qomelauri.

Xatırladaq ki, Gürcüstanın sabiq iqtidar dövründə öncə Daxili İşlər Naziri, sonra da baş nazir olan Vano Merabişvili həbsdən dünən səhər çıxdı.