Vaxtanq Qomelauri - Polisin silahlandırılması prosesi yeniləndiriləcək
Vaxtanq Qomelauri - Polisin silahlandırılması prosesi yeniləndiriləcək

Daxili İşlər Naziri Vaxtanq Qomelauri, parlamentdəki komitə çıxışından sonra, Daxili İşlər Nazirliyində planlaşdırılan infrastruktur layihələri ilə bağlı da söhbət etdi.

Onun dediyinə görə, polis binalarının yeniləşdirilməsi və yeni obyektlərin inşaat edilməsi və yeni maddi-texnoloji bazalarla təchiz edilməsi planlaşdırılır.

“Həmçinin, illər ərzində, geniş miqyaslı olaraq həyata keçirilməyən proses – polisin silahlandırılması prosesi həyata keçiriləcək.  Polis bölmələrinin radio-əlaqə vasitələri gücləndiriləcək, ki bu da hazırda bir problemdir. Polislərin yüksək keyfiyyətli forma və ayaqqablari ilə təmin edilməsi prosesi davam edəcək.

Həmçinin, müvəqqəti yerdləşdirilmə təcridxanalarının infrastrukturunun yeniləşdirilməsi prosesi həyata keçiriləcək.

Davit Qareci ərazisində yeni sərhəd sektorununun inşaatı başa çatdırılacaq və Axaltsixedə yeni sərhəd sektoru tikiləcək” – dedi Daxili İşlər Naziri.