Vaxtanq Qomelauri - Polis fəaliyyətinin və istintaq keyfiyyətinin yüksəlməsi məqsədi ilə islahatlar davam edəcək
Vaxtanq Qomelauri - Polis fəaliyyətinin və istintaq keyfiyyətinin yüksəlməsi məqsədi ilə islahatlar davam edəcək

Kriminal Polisdə keçiriləcək olan islahatlar barədə Daxili İşlər Naziri Vaxtanq Qomelauri parlamentdə komitə çıxışından sonra verdi.

Qomelauri qeyd  etdi ki, kriminal polisdə operativ, istintaq və məhəllə istiqamətləri bir-birindən ayrılacaq.

“Yeni islahatlar müstəntiqlərin müstəqilliyinin və nəticə olaraq da, istintaqın keyfiyyətinin yüksəlməsini nəzərdə tutur. Qeyd olunan islahatlar çərçivəsində, Venesiya komisiyasının rekomendasiyaları əsasında, cinayət məcəlləsinə əlavə ediləcək dəyişikliklər layihəsi hazırlanıb və hazırda Avropa İttifaqının qoşulması ilə, fəaliyyət planının həyata keçirilməsi prosesi aparılır. İstintaq keyfiyyətinin monitoinq sistemi daha da təkmilləşdiriləcək və istintaq keyfiyyətinin monitorinq departamentinin imkanları gücləndiriləcək”, – dedi Vaxtanq Qomelauri.

Vaxtanq Qomelaurinin bəyanatını Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.