Vaxtanq Qomelauri - Əfqan Muxtarlı mövzusu DTX-nin hesabatına daxil edilməyib, çünki istintaq hələ davam edir
Vaxtanq Qomelauri - Əfqan Muxtarlı mövzusu DTX-nin hesabatına daxil edilməyib, çünki istintaq hələ davam edir

Əfqan Muxtarlı mövzusu DTX-nin hesabatına daxil edilməyib, çünki istintaq hələ davam edir, – bu barədə bəyanatı jurnalistlərə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Vaxtanq Qomelauri parlamentdə DTX-nin hesabatını təqdim etdikdən sonra verdi.

Onun dediyinə görə, Muxtarlının həqiqətən Gürcüstan ərazisindən qaçırdıldığı hələ təsdiqlənməyib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri həmçinin qeyd etdi ki, bənzər faktlar başqa ölkələrdə də baş verdi, ancaq buna görə, yüksək vəzifəli şəxslər və yaxud adi əməkdaşlar işdən azad edilməyiblər.

Əfqan Muxtarlının işinin nəyə görə bu qədər uzandığı barədə suallara cavab olaraq, Vaxtanq Qomelauri bəyan etdi ki, elə məsələlər var, hansıların istintaqı tez başa çatdırıla bilmir və tam istintaqın həyata keçirilməsi üçün müəyyyən vaxt lazımdır.