Vaxtanq Qomelauri - Dmanisidə baş verənlərin etnik münaqişə olduğunu deyənlər, ölkəyə düşmənlik edirlər
Vaxtanq Qomelauri - Dmanisidə baş verənlərin etnik münaqişə olduğunu deyənlər, ölkəyə düşmənlik edirlər

Gürcüstanın Daxili İşlər Naziri Vaxtanq Qomelauri Dmanisidə baş verən hadisə ilə bağlı bəyan edir ki, qanunu pozan hərkəs sərt şəkildə cəzalandırılacaq.

Bu barədə bəyanatı Daxili İşlər Naziri Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə bərabər getdiyi Dmanisidən verdi.

“Çox təəssüf verici bir hadisə baş verib. İstintaq başlatdıq. Bu insindentin etnik münaqişə olduğunu deyənlər ölkəyə düşmanlıq edirlər. Azərbaycanlılar bizim vətəndaşlarımızdır. Bununla yanaşı, Azərbaycan dövləti də bizim dost ölkəmizdir. Bu qarşıdurmanın uzanmasına imkan verməyəcəyik”, – Vaxtanq Qomelauri.

Nazirin dediyinə görə, hazırda istintaq aparılır və bir neçə şəxs dindirilir.