Vaxtanq Qomelauri - Dmanisidə baş verən insindent başa çatdı, tərəflər barışdılar, ancaq vəziyyətin nəzarət altında olması üçün orada polis qüvvələri hələ durur
Vaxtanq Qomelauri - Dmanisidə baş verən insindent başa çatdı, tərəflər barışdılar, ancaq vəziyyətin nəzarət altında olması üçün orada polis qüvvələri hələ durur

Gürcüstanın Daxili İşlər Naziri Vaxtanq Qomelaurinin bəyanatına görə, Dmanisidə baş verən hadisələrlə bağlı kimsə həbs edilməyib və dindirilmə davam edir.

Nazirin dediyinə görə, münaqişə dayandırıldı, tərəflər barışdırıldı, ancaq vəziyyətin tam nəzarəti üçün rayonda polis qüvvələri hələ də dururlar.

“Sabah nə olacağını 100 faiz dəqiq kimsə deyə bilməz, ona görə də rayonda əlavə polis qüvvələrinin qalmasını lazım hesab etdik. Əlimizdən gəldiyi qədər münaqişənib davam etməməsi üçün çalışırıq.

“Patriarxlığa və hadisə yerinə gəlib, xalqın barışmasında iştirak edən din xadimlərinə təşəkkür edirəm”, – dedi Vaxtanq Qomelauri.