Vaxtanq Qomelauri - Bəlkə də çox məlumatım var, amma bir sözüm belə istintaqa zərər verə bilər
Vaxtanq Qomelauri - Bəlkə də çox məlumatım var, amma bir sözüm belə istintaqa zərər verə bilər

Bəlkə də çox məlumatım var, amma bir sözüm belə istintaqa mane ola bilər, – bu barədə bəyanatı Gürcüstanın Daxili İşlər Naziri Vaxtanq Qomelauri Zuqdididə keçirilən xüsusi əməliyyatla bağlı jurnalistlərin suallarını cavablandırarkən verdi.

Nazirin dediyinə görə, o istintaqın detalları barədə danışmaq istəmir, çünki istintaqın ikinci mərhələsi soyğunçunun tapılıb, cəzalandırılmasını nəzərdə tutur.

“Bəlkə də çox məlumatım var, amma bir sözüm belə istintaqa zərər verə bilər, bizə biraz imkan verin. 43 girov elə azad edildi ki, biri belə zərər görmədi. Əsas məqsədimiz məhz bu idi. İkinci mərhələ isə, soyğunçuyu tapıb, cəzalandırmaqdır” – dedi Vaxtanq Qomelauri.

Soyğunçunun gizləndiyi yer haqqında məlumatı olub-olmadığı barədə suallara nazir konkret cavab vermədi.

O həmçinin, işğal altında olan Abxazyanın qondarma təhlükəsizlik şurasının katibi Sergey Şambanın bəyanatına səsləndi, hansında Şamba deyir ki, soyğunçu Abxaziya sərhədini keçsə, onun Gürcüstana verilməsi ilə bağlı danışıqlar aparılacaq.

“Oraya keçsə, əgər onu Gürcüstana versələr çox yaxşdır, ancaq hələ görək, keçəcək mi” – dedi Vaxtanq Qomelauri.