Vake Parkından Azadlıq Meydanı istiqamətinə "Tbilisi" qaçışı keçirilir
Vake Parkından Azadlıq Meydanı istiqamətinə "Tbilisi" qaçışı keçirilir

Tbilisi Meriyasının təşəbbüsü ilə, “Tbilisi” qaçışının əsası qoyulur və ilk dəfə keçirilir. Bunun da məqsədi şəhərdə sağlam həyat tərzinin populyarlaşdırılması və kütləvi idmana vətəndaşların qoşulmasına xidmət göstərməsidir.

Paytaxt Meriyasının məlumatına görə, qaçışda istənilən vətəndaş iştirak edə bilər. O cümlədən idmançılar.

Qaşış Vake Parkından başlayacaq və Azadlıq Meydanında başa çatacaq.

İştirakçıların qeydiyyatı saat 9:00-dan 9:30-dək davam edəcək.

Paytaxt Meriyasında bəyan edirlər ki, tədbirin təşəbbüskarı Kaxa Kaladzedir. Kaladzenin özü də qaçışda iştirak edəcək.