Vake parkında mehmanxana tikilməyəcək
Vake parkında mehmanxana tikilməyəcək

Vake parkında mehmanxana tikilməyəcək, – bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze “Budapeşt” mehmanxanasının sahibi ilə görüş zamanı verdi.

“Vake parkı qalib gəldi. Tbilisiyi və Tbilisililəri təbrik etmək istəyirəm. İnvestorla razılığa nail olduq və parkda mehmanxana tikilməyəcək. Bu məsələyə başından beri diqqət yetirən və yaşıl əraziləri qoruyan hərkəsə təşəkkür edirəm. Həmçinin, bizimlə razılaşan investora də təşəkkür edirik” – dedi Kaxa Kaladze.

Kaxa Kaladze qeyd etdi ki, investora hərhansı kompensasiyanın verilməsindən söhbət edilmir.

Kaladzenin dediyinə görə, investor sadəcə inşaat üçün başqa bir yer seçdi.