Vaja Qaprindaşvilinin ailə üzvləri və tərəfdarları Respublika Meydanına toplaşırlar
Vaja Qaprindaşvilinin ailə üzvləri və tərəfdarları Respublika Meydanına toplaşırlar

Sxinvali rejimi tərəfindən yaxalanan həkim, Vaja Qaprindaşvilinin ailə üzvləri və tərəfdarları Respublika Meydanına toplaşırlar.

Onlar maşınlarla işğal xəttinə kimi yürüş təşkil edəcəklər ki, orada da aksiya planlaşdırılır.

Vaja Qaprindaşvilinin qızı, İrina Qaprindaşvilinin dediyinə görə, aksiya səssiz olacaq və yalnız ailə qısa müraciət edəcək.

Həkim, Vaja Qaprindaşvili bir aydan artıqdır ki, Sxinvali təcridxanasındadır. Onu noyabrın 9-da yaxaladılar.