Vaja Qaprindaşvilinin ailəsi diplomatik missiyalara müraciət edir
Vaja Qaprindaşvilinin ailəsi diplomatik missiyalara müraciət edir

Sxinvali işğalçı rejimi tərəfindən həbs edilən həkim Vaja Qaprindaşvilinin ailəsi diplomatik missiyalara müraciət edir.

Həkimin ailəsi tərəfindən yayılan bəyanatda, onlar diplomatik missiyaları bu günə qədər Vaja Qaprindaşviliyə verdikləri dəstəyə görə təşəkkür edirlər.

“Dəfələrlə edilən müraciətlərə və xahişlərə rəğmən, dekabrın 20-də Vaja Qaprindaşvili haqqında ailəmiz üçün ən ağır qərar verildi – həkim həbsdə bir il və doqquz ay qalasıdır!

Bu qərar sadəcə ailəsini deyil, bütün Gürcüstan ictimaiyyətini, dövlətimizi və həkimin pasientlərini və insan hüquqlarına üstünlük verən dünya vətəndaşlarını şoka salır!

Biz təslim olub, ruhdan düşməyi düşünmürük. İndi mübarizə zamanıdır!

Yeni ilinizi təbrik edirik və sizə azad mühitdə xöşbəxt yeni il arzulayırıq!

Sizə Vaja Qaprindaşvilinin – yeni ili ailəsindan uzaq, soyuq kamerada qarşılamaq məcburiyyətində olan, qeyri-qanuni məhkumun məhrum edildiklərini arzulayırıq!

Ümid edirik ki, bundan sonraki cəhdləriniz nəticə göstərəcək!” – deyilir Qaprindaşvilinin ailəsinin bəyanatında.