Vahid Milli İmtahanların cədvəlinin dəyişməsi ilə bağlı məlumat abiturientlərə qısa mesajla göndərildi
Vahid Milli İmtahanların cədvəlinin dəyişməsi ilə bağlı məlumat abiturientlərə qısa mesajla göndərildi

Milli İmtahanlar Mərkəzinin rəhbəri Maia Miminoşvilinin bəyanatına görə, imtahanların təxirə salınması ilə bağlı məlumatın abiturientlərə çatdırılması üçün hər metoddan istifadə edildi.

“İmtahanların təxirə salınması ilə bağlı məlumatı sosiyal şəbəkələr və televiziya vasitələri ilə yaydıq, ancaq sadəcə bununla kifayətlənmədik və hər bir abiturientə Vahid Milli İmtahanların cədvəlinin dəyişməsi ilə bağlı məlumat qısa telefon mesajı ilə də göndərildi” – dedi Maia Miminoşvili.

İyulun 2-də və 3-də gözlənilən yüksək hava temperaturuna görə, Vahid Milli İmtahanların cədvəli dəyişdirildi.

Milli İmtahan Mərkəzinin məlumatına görə, gürcü dili və ədəbiyyat və ümumi qabiliyyət imtanalarının tarixi dəyişdirildi.

İyulun 2-si və 3-nə təyin olunan imtahanlar iylun 4-də və 5-də səhər vaxtı keçiriləcək.