Vahid Milli İmtahanlar üçün qeydiyyat sabahdan başlayır
Vahid Milli İmtahanlar üçün qeydiyyat sabahdan başlayır

Vahid Milli İmtahanlar üçün qeydiyyat sabahdan başlayır, – bu barədə Birinci Kanala Dəyərləndirmə və İmtahanlar Milli Mərkəzinin direktoru, Sopo Qorqodze bəyan etdi.

Onun dediyinə görə, qeydiyyat saat 10:00-da başlayacaq və aprelin 3-ü saat 18:00-a qədər davam edəcək. Qeydiyyat prosesi bir neçə mərhələdə keçiriləcək: ilk, əsas mərhələdə abituriyentlər şəxsi göstəricilərini daxil edə və imtahan şəhərini seçə biləcəklər. Aprelin 3-dən sonra onlar şəhəri dəyişə bilməyəcəklər, lakin mayın 7-si saat 18:00-a qədər imtanahı əlavə edə biləcəklər. Proqramlara ərizələrin sayı barəsində məlumatla abituriyentlər xüsusi sistem vasitəsi ilə tanış ola biləcəklər – qeydiyyatın başlamasından sonra səhifə işə düşəcək.

Qorqadze tələbələr və abituriyentləri müddətlərə və başqa məlumatlara diqqət yetirmələrinə çağırır.