Vahid Milli İmtahanlar testlərinə dəyişikliklər edildi
Vahid Milli İmtahanlar testlərinə dəyişikliklər edildi

Vahid Milli İmtahanlar testlərinə dəyişikliklər edildi. Milli İmtahnlar Mərkəzinin göstəricilərinə görə, 2019-cu ildə abituriyentlərə dəyişdirilmiş testləri təklif edəcəklər.

Daha dəqiq olaraq dəyişiklik dörd imtahana (gürcü dili və ədəbiyyatı, ədəbiyyat, coğrafiya və xarici dilə) aiddir.

Gürcü dili və ədəbiyyatı

Testdə cəmi üç tapşırıq olacaq: mətnin redaktə edilməsi (maksimum 16 xal), arqumentləşdirilmiş esse (maksimum 24 xal) və bədii mətnin analizi (maksimum 30 xal). Müvafiq olaraq test 80 xalın əvəzinə 70 xal olacaq.

İmtahan vaxtı da azaldılacaq və 3 saat 45 dəqiqə olacaq.

Xarici dil imtahanı

Qrammatikanın yoxlanılması testdə mövcud olan yazılı tapşırığın vasitəsi ilə yoxlanılacaq.

İmtahan testlərinin xalı 90 əvəzinə 80 olacaq. Müvafiq olaraq imtahan vaxtı 10 dəqiqə ilə azaldıldı və 2 saat 30 dəqiqə olacaq.

Ədəbiyyat imtahanı

Testdən bir yazılı tapşırıq çıxarıldı, əvəzində açıq suallar bloku artırıldı və bədii mətnin analizinin maksimal xalı 25 əvəzinə 30 xal olacaq.

Müvafiq olaraq test 80 xalın əvəzinə 70 xal olacaq. Həmçinin imtahan vaxtı 4 saat 15 dəqiqə əvəzinə, 4 saat olacaq.

Çoğrafiya imtahanı

Seçimli cavablı sualların hissəsi azaldıldı və 1, 2, 3, və 4 xallıq açıq tapşırıqlar bloku artırıldı.

Vahid Milli İmtahanlarında 2019-cu il üçün başqa dəyişikliklər planlaşdırılmır.