Vahid Milli Hərəkat Partiyasının üzvləri və tərəfdarları Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirirlər
Vahid Milli Hərəkat Partiyasının üzvləri və tərəfdarları Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirirlər

Vahid Milli Hərəkat üzvləri və tərəfdarları hökumət administrasiyası binasına bitişik ərazidən Ədliyyə Nazirliyinə doğru hərəkət ediblər.

Aksiya iştirakçılarının tələbi ədliyyə naziri ilə görüşdür.

“Milli Hərəkat” liderlərinin sözlərinə görə, onların Mixeil Saakaşvili ilə bağlı ədliyyə naziri Rati Breqadzeyə sualları var.

Vahid Milli Hərəkatın sədri Nika Melia deyir ki, mitinqlər müxtəlif nöqtələrdə keçiriləcək.