"Vahid Milli Hərəkat"-ın aktivisti Arif Yusufov hüquqmqhafizəçilərə tapşırıldı
"Vahid Milli Hərəkat"-ın aktivisti Arif Yusufov hüquqmqhafizəçilərə tapşırıldı

“Vahid Milli Hərəkat”-ın aktivisti Arif Yusufov hüquqmqhafizəçilərə tapşırıldı.

O Bolnisi polis idarəsinə öz vəkili və “Milli Hərəkatın” liderlərindən biri olan Dmitri Şaşkin ilə bərabər getdi.

Bir neçə saat bundan əvvəl Bolnisinin Naxiduri  (Arıxlı) kəndinə onu həbs etməyə gedən hüquqmühafizəçilərə Arif Yusufov müqavimət göstərdi və polis mərkəzinə getmədi.

Dmitri Şaşkin bəyan edir ki, hüquqi yol ilə mübarizəyə davam edəcəklər.

“Bolnisidə ədalətsizlik və özbaşınalıq baş alıb gedir. Altı gün bundan əvvəl döyülən şəxsi polis zorakılıq törətmək ittihamı ilə həbs edir. Ancaq o öz ayağı ilə polisə getmək qərarını verdi ki, kənddə vəziyyət biraz sakitləşsin və 48 saat nəzarətdə qalıb, məhkəmə qərarını gözləyəcək” – dedi Dmitri Şaşkin.

Daxili İşlər Nazirliyi bəyanat yaydı, hansında deyilir ki, Naxiduri (Arıxlı) kəndində, “Milli Hərəkatın” aktivistinin ailə üzvləri, onu həbs etməyə gedən polisə müqavimət göstərdi. İnsindentlə bağlı istintaq aparılır.