Üzdəniraq "İslam Dövlətinin" yeni lideri var
Üzdəniraq "İslam Dövlətinin" yeni lideri var

Üzdəniraq “İslam Dövlətinin” yeni lideri Amir Mohammed Abdul Rahman Al-Mauli Al-Salbi oldu.

Bu barədə məlumatı “Qardian” Britaniya nəşri xüsusi xidmətlərə istinad edərək yayır.

Nəşr Amir Abdul Rahmanı “İslam Dövlətinin” liderlərindən biri kimi adlandırır. O, radikal təşkilatın lideri, Abu Bakr Al-Bağdadi ilə yaxın olan şəxsdir.

Al-Bağdadinin məhv edilməsi barəsində ABŞ keçən ilin oktyabrında bəyan etdi.

“Qardian” yazır ki, üzdəniraq “İslam Dövlətinin” yeni və keçmiş lideri bir birilə hələ 2004-cü ildə İraqda, “Kemp-Buka” Amrika düşərgəsində, hər ikisi yaxalanmış olarkən görüşüblər.

Kəşfiyyat idarələrində güman edirlər ki, üzdəniraq “İslam Dövlətinin” yeni liderinin Mosul şəhərinə yaxın gizlənməsi mümkündür.

Amir Mohammed Abdul Rahman Al-Mauli Al-Salbi məhz elə Mosul Universitetində oxuyurdu.