Utrextdə tramvayda atəş açan kişi yaxalanıb
Utrextdə tramvayda atəş açan kişi yaxalanıb

Hollandiya polisi Utrext şəhərində tramvayda atəş açmaqda şübhəlini yaxaladı. Bu barədə məlumatı Utrext polisi yayır.

Hüquqmühafizəçilər baş verənləri terror aktı kimi dəyərləndirirlər.

“Foks Nyusun” yazdığına görə, yaxalanan Türkiyədə anadan olmuş 37 yaşlı Gökman Tanisdir. Polisin bəyanatına görə, o, üç insanın qətlində ttiham olunur.

Xatırladaq ki, Hollandiyanın Utrext şəhərində hücum bu gün səhər baş verdi. Tramvayda atəş nəticəsində üç nəfər həlak oldu və doqquzu xəsarət aldı.

Az öncə “BBC” teleşirkətinin yaydığı məlumata görə, Utrextdə vətəndaşlara atəş açan kişi, Çeçenistanda döyüşürdü