Uşaq bağçalarının işçiləri üçün tərkibində qızılca komponentinin peyvəndi məcburi olur
Uşaq bağçalarının işçiləri üçün tərkibində qızılca komponentinin peyvəndi məcburi olur

Tbilisi Uşaq Bağçaları idarəsi Agentliyi əhalidə qızılcanın kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə, konkret tədbirlərin görülməsinə başlayır, – bu barədə Uşaq Bağçaları idarəsi Agentliyinin bəyanatında deyilir.

Agentliyin bəyanatında qeyd olunduğu kimi, Gürcüstan hökuməti sərəncamına əsasən, bu baxımından nəzarət mexanizmlərinin gücləndirilməsi üçün, yerli özünüidarəetmə orqanlarına, konkret addımların atılması həvalə olundu.

“Sənədə əsasən peyvənd statusuna baxmayaraq, bir ay müddətində işlə təmin olunanların peyvənd edilməsi məcburi olur.

Qızılca epidemiyasına qarşı həyata keçiriləsi tədbirlər barəsində Tbilisinin bütün uşaq bağçaları məlumatlandırılıblar”, – bəyanatda deyilir.