Uşaq Avroviziyasının gürcü müsabiqəçisi, Giorgi Rostiaşvilinin videoçarxının təqdimatı oldu (video)

2019-cu ilin Avroviziya Uşaq Mahnı müsabiqəsinin gürcü müsabiqəçisi, Giorgi Rostiaşvilinin müsabiqə mahnısının videoçarxının təqdimatı bu gün Gürcüstanın Birinci Kanalının “Şuadğe” verilişində baş tutdu.

“Ranina” layihəsinin qalibi və Gürcüstan nümayəndəsinin müsabiqə mahnısının müəllifi David Evqenidzedir. “We need a Love” başlıqlı mahnıya klipi Zaza Oraşvili çəkdi. Rəssam isə, Şako Popiaşvilidir. Videoçarxda “Raninanın” bu ilki müsabiqəçiləri də iştirak edirlər.

Giorgi Rostiaşvili Polşada noyabrın 24-də oxuyacaq.

Şərh yaz